
Yasamalda yanğın: Qəfil alışan avtomobil partlama təhlükəsi yaratdı - VİDEO
Hadisə
22 İyun 2023 18:16
Oxunub 268

Son zamanlarda paytaxt küçələrində avtomobillərin anidən alışaraq yanması adi hala çevrilib.
Avtosfer.az xəbər verir ki, belə yanğın hadisələrindən biri də dünən axşam saatlarında, Yasamal rayonunda qeydə alınıb. Həvəskar kamerası ilə çəkilən görüntülərdən aydın olduğu kimi, “Niva” markalı avtomobil qəflətən alışmağa başlayıb. Parklanan avtomobilin sürücüsü həmin an hadisə yerində olmayıb. Belə ki, sürətlə davam edən yanğın avtomobil partlama təhlükəsi yaradıb.
Qeyd edək ki, hadisə yerinə Yanğınsöndürmə Xidməti əməkdaşları cəlb olunub və mövcud təhlükənin qarşısı alınıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR