Yaşayış kompleksində yanğın oldu, ölənlər və xəsarət alanlar var - FOTO - VİDEO

Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb. Avtosfer.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, daha 279 nəfər itkin düşmüş sayılır. Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır. Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.
***
Honq Konqun şimalındakı Tai Po rayonunda yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, onlarla insan yaralanıb. Avtosfer.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinliklərlə üzləşirlər. Yanğının başladığı "Wang Fuk Court" yaşayış kompleksi səkkiz korpusda yerləşən 2 min mənzildən ibarətdir.
***
Honq Konqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "The South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, 16 nəfər xəsarət alıb. Hakimiyyət orqanlarının məlumatına görə, kompleks sakinlərinin əksəriyyəti yanan binalardan çıxarılıb.
***
Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur. Avtosfer.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib. Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib. Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir. İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO












