Yaşlı qadın həmcinsinin qurbanına çevrildi - VİDEO

Hadisə 10 Aprel 2023 16:29 Oxunub 1400
Yaşlı qadın həmcinsinin qurbanına çevrildi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kobud səhvə yol verən qadın sürücü, diqqəti əldən buraxan yaşlı piyadanın ölümünə səbəb oldu.
Avtosfer.az xəbər verir ki, olay Rusiyanın paytaxt küçələrindən birində baş verib. Sosial şəbəkələrdə qınaq obyektinə çevrilən video yol müşahidə kameralarına anbaan düşüb. Belə ki, yol ayrıcında qurulan nizamlanmamış piyada keçidində hərəkət edən yaşlı qadın avtomobilin hədəfinə tuş gəlib. Diqqətlə baxsaq yolu keçərkən yalnız qarşı tərəfə fokuslanan piyadanın maşınların hərəkətinə fikir vermədiyinin şahidi ola bilərik. Görünür, yolu dönən avtomobil idarəçisi də eyni fikirlə hərəkət edərək yaşlı qadını vurub. Nəticədə aldığı zərbə ilə yerə çırpılan piyadanın əlində olan dərmanlar yola səpələnib. Qəza törədən xanım sürücü avtomobilindən dərhal düşərək qadını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh