YDM-də dayanan təlimçi özündən çıxdı: “Bunu qadın sürücü etsəydi..” - VİDEO

Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində baş vermiş hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, görüntü bir neçə gün əvvəl “Lalə sürücülük təlimi”nin təlimçisi tərəfindən qeydə alınıb. Belə ki, yanacaq alan 99-VX-108 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü məntəqədən çıxmaq istəyən qadın təlimçini qəzəbləndirib. Təlimçi sürücünün maşını düzgün şəkildə park etmədiyini və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətdiyini bildirir. Ardıyca isə “bunu qadın sürücü etsəydi ona başqa cür reaksiya verilərdi” deyir.
Qeyd edək ki, paylaşıma sözügedən yanacaqdoldurma məntəqəsindən istifadə edən şəxslər, hətta təlimçinin irad tutduğu sürücü də rəy bildirib. Onlar yanacaqdoldurma məntəqəsinin olduqca səliqəsiz və dar olduğunu bildirərək bu problemlə dəfələrlə qarşılaşdıqlarını vurğulayıblar.
Nərmin
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü










