Yeddi nəfərin öldüyü qəzaya görə 8 il həbs - Sükan arxasında yuxulayıbmış - FOTO

Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəza zamanı “Mercedes Sprinter” markalı mikroavtobusun sükanı arxasında olan 1989-cu il təvəllüdlü Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qısa arayış olaraq bildirək ki, hadisə “Mercedes Sprinter”in “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.
Araşdırma zamanı bəlli olub ki, mikroavtobus hadisə zamanı ölən Arif Bağırova məxsus olsa da, yolda sükan arxasına Abbas Məmmədov keçib. Onun idarəetməsi ilə “Mercedes Sprinter” Qazax istiqamətində hərəkətdə olan zaman Abbas Məmmədov sükan arxasında yatıb və dəhşətli qəza baş verib.
Qəza zamanı 1992-ci il təvəllüdlü Bayramov Şəadət, Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arif həlak olub. Bundan başqa mikroavtobusda olan bir neçə nəfər xəsarət alıb.
Zərərçəkənlərin məhkəmədə verdiyi ifadəyə görə, mikroavtobusun sürücüsü Arif Bağırov icazə vermədiyi halda Abbas təkidlə sürücüyə avtomobili idarə edəcəyini söyləyib. Qəza baş verən zaman isə Abbas qəzanı törədən şəxsin özü olduğunu danıb. O, hər kəsə hadisəni törədənin mikroavtobusun sahibi Arif Bağırov olduğunu bildirib.
Əlavə olaraq, Arif Bağırovun oğlu da məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə atası ilə köməkçi sürücü kimi yola çıxıb. Abbasın öz, yoxsa atasının istəyinə görə köməkçi sürücü kimi getməsi barədə heç bir məlumatı yoxdur.
Qeyd edək ki, məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın təyin edilməsini istəyib.

Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












