Yeni köçdükləri ev artıq boş qaldı: Ailənin faciəsinə çevrilən hadisədə ölənlərin yaxınları DANIŞDI  - VİDEO
Hadisə 15 Oktyabr 2022 10:20 Oxunub 1062
Yeni köçdükləri ev artıq boş qaldı:  Ailənin faciəsinə çevrilən hadisədə ölənlərin yaxınları DANIŞDI    - VİDEO

Bir neçə gündür hər kəsin bəhs etdiyi dəhşətli qəzanın ardından ərinin ölümünə dözməyərək intihar edən Umudova Nahidə Sadiq qızının qohumları danışıblar.

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində mərhumun yaxınları bildiriblər ki, qəzada vəfat edən Umudov Fəxri və Nahidə bir-birlərini çox seviblər.

18 ildir ailəli olan Nahidə və Fəxrinin 16 il övladları olmurmuş. Maddi vəziyyətləri aşağı olsa da bir-birlərinə daim dəstək olublar.

Onların zəhmətləri ilə tikilən və yeni köçdükləri ev artıq boş qalıb.

Qeyd edək ki, oktyabrın 9-u axşam saatlarında Kürdəxanıda baş verən qəzada 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra mərhumun həyat yoldaşı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04:00 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.

Daha ətraflı verilişi təqdim edirik:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh