Yeniyetmə 50 qəpik üstündə kassiri öldürdü - QƏTLİN TƏFƏRRÜATI

Sabunçuda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən hadisənin təfərrüatını təqdim edir.
Cinayət ötən ilin payızında Sabunçu rayonunda baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq qətlə yetirib.
Tərəflər arasında mübahisə cəmi 50 qəpik üstündə yaranıb. Belə ki, Xəyal Ramana qəsəbəsində yerləşən "Oba Market"də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn Elcan yağ aldıqdan sonra pul ödəyib, lakin 50 qəpik az verib. Xəyal isə pulu tam ödəməli olduğunu bildirib. Bu səbəbdən aralarında söz-söhbət yaranıb. Elcan qalığı sabah gətirəcəyini deyərək mağazadan çıxıb.
Ertəsi gün Elcan içkili vəziyyətdə yenidən mağazaya gəlib. Aralarında yenidən mübahisə düşüb. Elcan Xəyalı çölə çağıraraq üzərindəki bıçaqla onu qətlə yetirib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində bildirib ki, mərhumla əvvəllər də mübahisələri olub, lakin həmin gün ondan üzr istəmək üçün mağazaya gedib. O deyib ki, Xəyal kassada oturmuş vəziyyətdə imiş. Ondan ayağa qalxaraq söhbət etməsini istəyib, lakin Xəyal yenidən mübahisə yaratmağa başlayıb. Mağaza qarşısında davam edən mübahisə isə faciə ilə nəticələnib.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı irəli sürülmüş ittiham əsaslı hesab edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan Süleymanov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib və ona qanunvericiliklə mümkün olan ən ağır cəza - 10 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Qətlə yetirilən gəncin ailə üzvləri hökmə etiraz edərək məhkəmə zalını tərk ediblər.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










