Yeniyetmə oğlan dostunu 10 manat üstündə öldürübmüş - TƏFƏRRÜAT - YENİLƏNİB

19.08.2025-ci il tarixində saat 20:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, qarının ön divarının açıq yarası diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:40 radələrində ölüm faktı qeydə alınıb.
****
Gəncədə yeniyetmənin qətlinin bəzi detalları üzə çıxıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qətlə yetirilən Tunar Məmmədova hadisəni törədən Arif Hətəmovun 10 manat borcu olub. 10 manata görə tərəflər arasında bir neçə dəfə mübahisə olub. Lakin hadisədən əvvəl A.Hətəmov 10 manat borcunu Tunar Məmmədova qaytarıb. Sonra hadisəni törədən şəxs Tunar Məmmədovu şəhərin Natavan qəsəbəsində dəmiryolu xəttinin yaxınlığına söhbət etmək üçün çağırıb. Yenidən tərəflər arasında mübahisə düşüb. Bu zaman Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədovu vurub. Bıçaq xəsarəti alan yeniyetmə dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məlumata görə, hər iki yeniyetmə dost olub.
Faktla bağlı araşdırma aparılır.
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











