Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum etdi - 7 nəfər yaralanıb

Zaqrebin Preçko rayonundakı məktəbdə yeniyetmənin bıçaqla hücum etməsi nəticəsində yeddi şagird və müəllim yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç deyib.
Məlumata görə, yeniyetmə polis tərəfindən saxlanılıb.
"Biz, bütün Xorvatiya ictimaiyyəti kimi, bu gün səhər Zaqrebdəki Preçko ibtidai məktəbində baş verən bu böyük faciədən sarsılmışıq. Daxili işlər naziri Davor Bojinoviç və elm və təhsil naziri Radovan Fuks hazırda oradadırlar. Bizdə olan məlumata görə, bir neçə şagird aldıqları xəsarətlər səbəbindən Zaqreb xəstəxanalarına yerləşdirilib", - o bildirib.
HRT-nin məlumatına görə, hücum edən şəxs həmin məktəbin şagirdi ola bilər. Telekanal qeyd edir ki, qeyri-rəsmi məlumatlara əsasən, yaralanan şagirdlərdən biri ölüb.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












