Yeniyetməni döyüb komaya saldılar: Əmisi nələri açıqladı? - VİDEO

Lənkəranın Kərgəlan kəndində 16 yaşlı Emil İbadovun döyülməsi faktı ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, Emil İbadovun əmisi yeniyetmənin vəziyyətinin ağır olduğunu bildirib:
"Atam zəng vurdu ki, uşağı vurub, beynini yarıblar, reanimasiyadadır. 10-15 dəqiqəyə özümü çatdırdım. Həkimlər süni nəfəs veriblər. Vəziyyəti çox ağırdır".
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
***07:30
Lənkəranda yeniyetmə tanışları tərəfindən döyülüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülüb. Yaxınlarının sözlərinə görə, onlar arasında mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin həyətində baş verib.
Mübahisə zəminində onlardan biri E.İ.-ni döyərək, başı üstə yerə çırpıb. O, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə o, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olan E.İ. süni tənəffüs aparatına qoşulub.
***
Əməli törətməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












