Yeniyetmənin katerin altında qalması ilə bağlı YENİ DETALLAR

Dünən Mingəçevir su anbarında 16 yaşlı Nəsib Kazımlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisənin yeniyetmənin təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, N.Kazımlı təhlükəsizlik səddini keçib və su anbarındakı şardan öndə üzüb. Bu zaman yaxınlaşan kateri görən yeniyetmə suyun altına dalaraq xəsarət almaqdan yayınmaq istəsə də, başından ağır zədə alıb. Son anda katerin altında adam qaldığını görən şəxs nəqliyyat vasitəsini saxlayaraq ona kömək edib və sahilə çıxarıb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 16 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Baş nahiyəsindən xəsarətlər alan Nəsibin həyatına təhlükənin olmadığı qeyd edilib.
Qeyd edək ki, N.Kazımlı xəstəxanaya alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları ilə daxil olub və reanimasiyaya yerləşdirilib.
(qafqazinfo)
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










