ABŞ İranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır

Xəbərlər 18 Aprel 2026 21:52
ABŞ İranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ Yaxın Şərqdən kənarda beynəlxalq sularda Tehranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

"Yaxın günlərdə ABŞ ordusu İranla əlaqəli neft tankerlərinin göyərtəsinə çıxamağa və beynəlxalq sularda ticarət gəmilərini ələ keçirməyə hazırlaşır. Bununla da dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara genişləndirir", - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, Vaşinqtonun Tehrana iqtisadi təzyiqi artırmaq qərarı İranı Hörmüz boğazını yenidən açmağa və tərəflər arasında danışıqların mövzusu olan nüvə proqramı ilə bağlı güzəştlərə getməyə məcbur etmək məqsədi daşıyır.

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh