Yevlaxda başı kəsilən qadının qızı himayəyə verildi

Yevlaxda başı kəsilərək qətlə yetirilən Elnarə Bəkirovanın 15 yaşlı qızı himayəyə verilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmənin qərarı ilə qətlə yetirilmiş 1987-ci il təvəllüdlü Elnarə Bəkirovanın 2010-cu il təvəllüdlü qızı Nazilə Bəkirova qadının ailə üzvlərindən alınaraq Yevlax Rayon İcra Hakimiyyətinin himayəsinə verilib.
Xatırladaq ki, Elnarə Bəkirova 2024-cü il martın 2-də həyat yoldaşı Həsrət Bəkirov tərəfindən başı kəsilərək qətlə yetirilib. Cütlüyün birgə nikahdan 6 övladı qalıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bəkirov 17 il 6 ay azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə cütlüyün birgə nikahdan olan altı uşağının 5-i - 2011-ci il təvəllüdlü Akif Bəkirov, 2013-cü il təvəllüdlü Elxan Bəkirov, 2016-cı il təvəllüdlü Aişə Bəkirova, 2018-ci il təvəllüdlü Sofiya Bəkirova və 2020-ci il təvəllüdlü Əsəd Bəkirova nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılıb. Ailənin 2010-cu il təvəllüdlü övladı Nazilə Bəkirova isə E.Bəkirovanın valideynlərinin himayəsində qalmışdı.
Qətldə təqsirləndirilən Həsrət Bəkirovun barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayəti nəticəsində Şəki Apellyasiya Məhkəməsi hökmdə dəyişiklik edərək ailənin böyük övladını da Yevlax Rayon İcra Hakimiyyətinin himayəsinə verib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












