Yevlaxda içində sürücü və sərnişin olan maşın partlayaraq alışdı - VİDEO

Hadisə 26 May 2025 11:48 Oxunub 1646
Yevlaxda içində sürücü və sərnişin olan  maşın partlayaraq alışdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlax-Bərdə avtomobil yolunun 5-ci kilometrliyində avtomobil partlayaraq yanıb.

Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə mayın 25-də səhər saatlarında yun zavodunda qeydə alınıb. Belə ki, “Mitsubishi L-200” markalı avtomobilin yük hissəsində həcmi 50 litr olan məişət qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində nəqliyyat vasitəsinin salonu və yük hissəsi yanaraq yararsız hala düşüb.  Yanğın vaxtı avtomobildə olan sürücü - 1962-ci il təvəllüdlü Əliyev Raquf Əvəz oğlu və sərnişin - 1968-ci il təvəllüdlü Əsədov Akif Şiraslan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. 
Hadisə yerinə ilk olaraq yaxınlıqda olan vətəndaşlar gəlib. Onlar xəsarət alanlara ilkin yardımı göstəriblər. Ardınca əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yaralılar rayon xəstəxanasına yerləşdirilib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh