Banner

Yevlaxda kafedə PARTLAYIŞ - Ölən var

Hadisə 25 Fevral 2026 10:11
Yevlaxda kafedə PARTLAYIŞ - Ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub : 354
ŞƏRH YAZ
Ad

E-mail

Şərh