Yeznələrini öldürmək istəyən ata və oğluna ağır cəza verildi - FOTO

Suraxanıda qohumlarını öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilib. Prokuror da onların 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Suraxanı rayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Mahmudov Allahverdi Yusif oğlu yaşadığı evin həyətində yeznəsi - 1994-cü il təvəllüdlü Məmmədov Ağasəlim Sahib oğluna bıçaqla xəsarət yetirib.
Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulub.
Onlar barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












