Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü: Cəzadan azad edildi

Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.
Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla yaşıd olan yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazılıb ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, qaynı ona rəhm etməyib.
Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.
Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib:
"Əkbər iki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək".
Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.
Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.
Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB
Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - FOTO - VİDEO
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB










