Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildi

Şəkidə yeznəsini öldürməkdə ittiham olunan 36 yaşlı Cavid İsayevin məhkəmə araşdırması yekunlaşıb.
Avtosfer.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda yekun qərar elan edilib.
Məlumat üçün deyək ki, hadisə ötən ilin oktyabrında Aşağı Küngüt kəndində baş verib.
İstintaqla müəyyən edilib ki, Cavid 41 yaşlı yeznəsi Asif Həşimovu bacısını (eyni zamanda mərhumun arvadı) təhqir etdiyinə görə qətlə yetirib. Onların bu məsələ ilə bağlı mübahisəsi kənd kənarındakı boş ərazidə davam edib. Həmin vaxt Asif yenə də onun və bacısının ünvanına nalayiq sözlər işlədib. Hisslərini cilovlaya bilməyən Cavid yeznəsinə bir neçə bıçaq zərbəsi endirərək hadisə yerində ölümünə səbəb olub. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Təqsirləndirilən şəxs istintaq dövründə müstəntiqə ifadəsində deyib ki, müharibədən qayıtdıqdan sonra onda psixi problemlər yaranıb. Dərmanlarını vaxtında qəbul etmədikdə isə vəziyyəti daha da kəskinləşir. Dediyinə görə, həmin gün də gərgin vəziyyətdə olub. Onun psixi xəstəlikdən əziyyət çəkməsi ekspertlər tərəfindən də təsdiq edilib. Həkim rəyində yazıb ki, təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törədib.
Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işi araşdırdıqdan sonra həkim rəylərini və istintaq orqanının qərarını əsaslı hesab edib. Qərara əsasən, Cavid İsayev yeznəsini anlaqsız vəziyyətdə öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilib.
Xatırladaq ki, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədov barəsində də bir neçə gün əvvəl eyni qərar çıxarılmışdı.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












