Yol polisi qayda pozan sürücünü saxladı; narkoman çıxdı - VİDEO

Hadisə 15 May 2024 09:12 Oxunub 456
Yol polisi qayda pozan sürücünü saxladı;  narkoman çıxdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh