Yol vermək üstündə iki ailə arasında dava: Ölənlər var - FOTOLAR

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda iki ailə arasında yol vermə məsələsi üstündə baş verən dava nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə günorta saatlarında İlıcak məhəlləsi yaxınlığında, Nusaybin avtomobil yolu üzərində baş verib.

Avtomobillə hərəkətdə olan iki ailənin üzvləri arasında yol vermə məsələsinə görə mübahisə yaranıb. Qısa müddət sonra mübahisə silah, daş və dəyənəklərin istifadə olunduğu kütləvi davaya çevrilib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılardan ikisi həkimlərin bütün səylərinə baxmayaraq ölüb.

Həlak olanların meyitləri ekspertiza üçün xəstəxananın morquna aparılıb. Digər yaralıların müalicəsinin davam etdiyi bildirilir. Faktla bağlı araşdırma başlanıb (Lent.az).
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












