Yola qaçan azyaşlı qəzadan baxın necə xilas oldu - ANBAAN VİDEO

Hadisə 20 Sentyabr 2023 18:26 Oxunub 3102
Yola qaçan azyaşlı qəzadan baxın necə xilas oldu  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yola qaçan azyaşlı qəza təhlükəsiylə üzləşib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə sentyabrın 17-də saat 12:29 radələrində Keşlə qəsəbəsində baş verib. Videodan aydın göründüyü kimi, avtomobil yaşayış ərazisindən keçərkən uşaq qəflətən qarşısına çıxıb. Bu zaman yaxınlıqda olan digər azyaşlı onun qolundan tutaraq geri çəkib. Həmçinin  uşağı görən sürücü də nəqliyyat vasitəsinin hərəkətini dayandırıb. 
Qeyd edək ki, sürücü videonu “TikTok” sosial platformasında paylaşaraq insanları sükan arxasında olarkən diqqətli olmağa çağırıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh