Yola qaçan gənc maşının altında qalmaqdan son anda xilas oldu - Sürücü görün nələr dedi - VİDEO

Sumqayıt şəhərində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrdan da aydın olduğu kimi, yolu müəyyən olunmamış yerdən qaçaraq keçməyə çalışan gənc oğlan qəza şəraiti yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü vaxtında sağa manevr edərək onu vurmayıb. Daha sonra təhlükəylə üz-üzə qalan sürücü hadisəni dəyərləndirib: “Piyadanı maşın vuranda sürücülər yüksək sürətlə hərəkət etdiyini əsas gətirərək onlar təqsirkardır deyirlər. Təsəvvür edin mən avtomobili 20-30 km/saat sürətlə sürürdüm və müştərim olan xanım sərnişin vaxtında reaksiya verməsəydi piyadanı görməyəcəkdim. Hələ bir də düşünün sürət həddi biraz da yüksək 40-50 km/saat olsaydı və piyada dayanmadan hərəkət etsəydi maşının təkərlərinin altında qalacaqdı”.
Nərmin
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı











