Yola qaçan piyada avtobusun altına yıxılmaqdan son anda qurtuldu - VİDEO

Baş vermiş yol qəzalarının 50 faizindən çoxu piyadavurmaların payına düşür. Təbii ki, belə yol-nəqliyyat hadisələrində sürücüylə yanaşı piyada da öz məsuliyyətini dərk etməlidir.
Lakin qayda pozan piyadalar üçün nə öz həyatları, nə də sürücülərə yaratdığı təhlükə önəm daşımır. Bəzi piyadalar isə nəqliyyat vasitələrinə əhəmiyyət vermədən zebradan keçirlər.
Lakin istənilən halda, yəni nizamlanmış və nizamlanmamış eynisəviyyəli keçidlərdə belə piyada öncə yolu müşahidə etməli daha sonra hərəkətə başlamalıdır.
Qeyd etdiyimiz halla bağlı Xətai rayonu Əhmədli qəsəbəsində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, piyada işıqforun qırmızı işığında yolu qaçaraq keçib. Nəticədə o, sürücülərə qəza riski yaradıb.
Xoşbəxtlikdən sürücülər nəqliyyat vasitələrinin hərəkətini yavaşladaraq qayda pozan şəxsin yolu keçməsinə şərait yaradıblar. Həmçinin yolu yarılayan piyada səkiyə çıxarkən yıxılmaqdan son anda xilas olub.
Nərmin
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










