
Yolayrıcında sərnişin düşürüb tıxac yaratdı: “Əcəb edirəm…” - VİDEO

Dayanma-durma qaydalarını pozaraq tıxaca səbəb olan sürücü üstəlik özünü haqlı hesab edib.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə İnşaatçılar prospektində qeydə alınıb. Kadrlardan məlum olduğu kimi, 90-TO-998 dövlət nömrə nişanlı, “İnfiniti QX-56” markalı avtomobilin sürücüsü maşını yolayrıcında saxlayaraq dəqiqələrlə nəqliyyat vasitələrinin irəliləməsinə əngəl yaradıb. Belə ki, avtomobildən düşən sərnişindən geri qalmayan sürücü yaranmış vəziyyətdən qəzəblənən həmkarlarının siqnal səslərinə məhəl qoymayıb. Son anda səbrləri tükənən sürücülər qayda pozan şəxsə iradlarını bildirsələr də cavabında “əccəb edirəm” ifadəsini eşidiblər.
Qayda pozaraq etdiyi əməldən peşman olmayan sürücüyə xatırladaq ki, dayanma-durma qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən, 20 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin