Yolda qalmış maşına əsəbiləşən sürücü baxın onu nə hala saldı - VİDEO

Hadisə 19 Fevral 2025 14:00 Oxunub 1124
Yolda qalmış maşına əsəbiləşən sürücü baxın onu nə hala saldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilə maddi ziyan vuran sürücünün görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, 18-BD-186 dövlət nömrə nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsü yolda qalmış nəqliyyat vasitəsinə dəyənəklə zərbələr endirib. Kadrdan da göründüyü kimi, o, çubuqla maşının arxa şüşəsini və faralarını sındırıb. Ardınca yaşlı qadın əsəbiləşən sürücüyə yaxınlaşaraq mane olmağa çalışıb. Daha sonra sakitləşən sürücü nasaz avtomobili itələyərək hərəkətə gətirməyə çalışıb. 

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sürücünün “Yevlax qaraçı”ları adlanan köçəri tayfadan olduğunu rəy bölməsində bildiriblər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh