Yoldan bank kartı tapdı, özgəsinin pulunu xərclədiyi üçün cəzalandırıldı

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən ticarət mərkəzindəki mağazalardan birində satıcı işləyən şəxs oğurluq etdiyinə görə həbs olunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü D.F.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttihama əsasən, satıcı işləyən D.F. yolda banklardan birinə məxsus, Z.S. adlı şəxsə aid bank kartı tapıb. O, həmin kartdan istifadə edərək mağazalardan birindən iki köynək və bir ədəd şalvar, başqa bir mağazadan isə bir jaket və bir köynək, həmçinin bir cüt ayaqqabı alıb. Bundan əlavə, o, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən kafedə 14 manat 50 qəpik məbləğində alış-veriş edib. Nəticədə zərərçəkmişə ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, D.F.-yə 27 may 2025-ci ildən 29 may 2025-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












