Yoldaşı Somalidə öldürülən şəxs Göyçayda intihar etdi - YENİLƏNİB

Göyçay rayonunun Ləkçıplaq kəndində özünü asan şəxslə bağlı bəzi yeni detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Əflatun İsmayılovun psixoloji problemləri olub.
"Əflatun əvvəllər Türkiyədə turizm şirkətində işləyib. İki dəfə ailəli olub. Birinci ailəsindən iki oğlu var - biri 2005, digəri 2007-ci il təvəllüdlü. Birinci həyat yoldaşı o vaxt Somalidə öldürülüb.
Həyat yoldaşı öldürüləndən sonra onun psixoloji problemləri başlayıb. Deyirdi ki, yoldaşını gözünün qarşısında öldürüblər. Uzun müddət psixoloji problemlərdən əziyyət çəkib amma müalicə almayıb. İkinci dəfə ailə qurandan sonra isə Ləkçıplaq kəndində yaşayıb. İkinci ailəsindən övladı olmayıb. Dünən evdə heç kimin xəbəri olmadığı bir şəraitdə özünü asıb. İntihar səbəbi bəlli deyil. Bir azdan dəfn olunacaq", - deyə məlumatda bildirilib.
***
Göyçayda intihar hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün saat 18:00 radələrində rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı evdə özünü asaraq intihar edib.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı








