Yolu hoppanaraq keçən piyada avtomobillə toqquşmaqdan son anda qurtuldu - VİDEO

Paytaxtın Babək prospektində piyada qayda pozaraq təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 9-da günorta saatlarında qeydə alınıb. Belə ki, sıxlıqdan istifadə edən gənc oğlan maşınların arasından qaçaraq yolu keçir. Bu zaman o, avtobus zolağında geriyə hərəkət edən “KIA” markalı avtomobillə toqquşmaqdan son anda xilas olur. Piyada hərəkətdə olan maşını görərək hoppanaraq yolun digər tərəfinə keçir. Xoşbəxtlikdən hadisə zamanı qəza baş verməyib.
Qeyd edək ki, bəzi piyadalar tıxacdan “faydalanaraq” yolun hərəkət hissəsindən keçməyə çalışırlar. Lakin bu halda da qəzanın baş verə biləcəyini unutmamaq və keçidlərdən keçmək lazımdır. Eyni zamanda avtomobillərini avtobus zolağında park edən sürücülər də piyadadan geri qalmayaraq qayda pozublar.
Xatırladaq ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 327.1-ci bəndinə əsasən, 40 manat cəriməylə nəticələnir.
Nərmin
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










