Banner

Yolun ortasında dayanan piyada sürücülərə təhlükə yaratdı - VİDEO

Hadisə 17 Oktyabr 2025 14:30 Oxunub 758
Yolun ortasında dayanan piyada sürücülərə təhlükə yaratdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Hava limanı yolunda yol hərəkəti qaydalarını pozan şəxs kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 15-də saat 21:26 radələrində qeydə alınıb. Kadrlarda piyadanın avtomobillərin sıx hərəkət etdiyi ərazidə yolu keçməyə cəhd etdiyi görünür. O, yolun ortasında dayanaraq nəqliyyatın axınına mane olub və həm özü, həm də sürücülər üçün risk yaradıb. Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq qəzanın qarşısını alıblar.

Görüntüdən aydın olur ki, hadisə yerinin yaxınlığında yerüstü piyada keçidi mövcuddur. Buna baxmayaraq, bəzi vətəndaşlar bir neçə addım məsafədə olan keçiddən istifadə etməyərək özləri ilə yanaşı sürücüləri də təhlükəyə atırlar.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh