
Yolunu “qısaltmaq” istəyən bayker belə qayda pozdu - VİDEO
Hadisə
5 İyun 2023 15:00
Oxunub 556

Paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində motosiklet sürücüsü qaydanı kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 2-si saat 17:00 radələrində baş verib. Belə ki, motosiklet sürücüsü qoşa xəttin tələbini pozaraq yolunu “qısaldıb”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücü 100 manat və 4 bal cərimə olunmalıdır.
Nurlan Sakitoğlu
ŞƏRH YAZ