Yük maşını ilə piyadanı vuraraq öldürən “pravasız” sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törtməkdə təqsirləndirilən Elnur Mehdizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 16 fevral 2026-cı il tarixdə saat 17:30 radələrində Bərdə rayonunun 1-ci Qazaxlar kəndi ərazisində yerləşən kəndlərarası aralıq yolda baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Elnur Mehdizadə həmin gün “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, ayıq vəziyyətdə həmkəndlisinə məxsus “QAZ-33021” markalı yük avtomobilini idarə edib.
Məlumata görə, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sahibinin şifahi razılığı ilə, hər hansı etibarnamə olmadan idarə edib.
Yük maşınını təxminən 40 km/saat sürətlə hərəkətdə olub.
Elnur Mehdizadə yaşadığı Bərdə rayonu, 1-ci Qazaxlar kəndi ərazisində yolun sağa dönən hissəsində manevr edərkən yol hərəkəti qaydalarının tələblərinə əməl etməyib. O, yol şəraitinə və idarə etdiyi avtomobilə olan diqqətini daim saxlamalı, sağa dönməzdən əvvəl nəqliyyat vasitəsinin sürətini azaltmalı və yol hərəkəti qaydalarına riayət etməklə hadisənin qarşısını almaq üçün texniki imkanından istifadə etməli olduğu halda bunları etməyib.
İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs ehtiyatsızlıq göstərərək idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə yolun sağ ehtiyat hissəsi ilə əks istiqamətdə hərəkət edən piyada 1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub. Nəticədə zərərçəkmiş şəxs aldığı xəsarətlərdən vəfat edib.
Hadisədən sonra Elnur Mehdizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












