Yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu – FOTO - VİDEO (YENİLƏNİB)

"Hərəkətdə olan yük avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasının əks olunduğu videogörüntü ilə bağlı sosial mediada yayılan məlumat Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırılıb".
Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-dən Oxu.az-a məlumat verilib.
Məlumatda deyilir:
"Məlum olub ki, həmin videogörüntü Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonunun Zərqava kəndi ərazisindən keçən 148-ci kilometrliyində digər sürücü tərəfindən qeydə alınıb. Baş İdarənin YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə 77-JH-901 dövlət qeydiyyat nişanlı, "DAF" markalı yük avtomobili ilə sözügedən qayda pozuntusunu törədən Bakı şəhər sakini Mirzə Sabir oğlu Abdullayev müəyyən edilib və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub".


**
Azərbaycanda yolda hərəkət edən yük maşınlarından biri təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Belə ki, Qubada sürücü avtomobilin yükhissəsini qaldıraraq ətrafdakılar üçün təhlükə saçıb.
Bu vəziyyətdə yük maşını həm də naqilləri qırıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










