Yük maşını işıq naqillərinə ilişdi, dirək “Niva”nın üstünə aşdı - VİDEO
Hadisə 9 Noyabr 2022 22:00 Oxunub 796
Yük maşını işıq naqillərinə ilişdi, dirək “Niva”nın üstünə aşdı   - VİDEO

Rusiyada qəribə hadisə baş verib. Avtosfer.az yerli teleqram kanalına istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobilinin sürücüsü qabaritlərini nəzərə almayaraq elektrik naqillərini qıraraq irəliləyib. Hərəkətin sıx olan hissəsində baş verən hadisədə "Niva” markalı minik avtomobili ziyan çəkib. Belə ki, yerindən oynayan işıq dirəyi aşaraq “Niva”nın üzərinə düşüb. Qəza səbəbiylə ətraf ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Kadrları təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh