Yük maşınını oğurlayıb yandırdı - VİDEO
Hadisə 10 Yanvar 2023 16:49 Oxunub 682
Yük maşınını oğurlayıb yandırdı  - VİDEO

Qazaxıstanda yük maşını oğurlanaraq yandırılıb.

Avtosfer.az xəbər verir ki, 34 yaşlı kişi icarəyə götürdüyü yük maşını ilə Moskvaya mal çatdırmaq üçün Almatıdan mal yükləyib. Daha sonra həmin yük maşını oğurlanaraq yandırılıb.

Şübhəli şəxs Marjanbulak kəndindəki qohumu ilə yükün bir hissəsini boşaldıb, daha sonra Samara-Şımkent avtomobil yoluna çıxaraq, qalan mallar ilə birlikdə yük maşınını və qoşqusunu yandırıb.

Malın sahibi qeyd edib ki, yük maşınında ümumilikdə 146 milyon tengelik mal olub. Bunlar elektronika, mobil telefonlar üçün aksesuarlar, enerji doldurucular, enerji bankları və avtomobil radiolarıdır.

Şübhəli şəxs istintaq təcridxanasına yerləşdirilib.

Videonu təqdim edirik:

Nəzrin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh