
Yük maşınıyla yarışan avtomobil dəhşətli qəzadan son anda xilas oldu - VİDEO
Hadisə
25 İyun 2023 18:51
Oxunub 2732

Yük maşınıyla sürət yarışına girən sürücü dəhşətli qəzadan son anda qurtulub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə Almaniyada qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən kadrlardan aydın olduğu kimi, yoldan çıxaraq yüksək sürətlə hərəkət edən maşın qəzanın eşiyindən dönüb. Kamazla yarışan avtomobil sürəti sıxdığı zaman qəfil idarəetməni itirib və sağa-sola getməyə başlayıb. Manevr edərək avtomobilin hərəkətini düzəltməyə çalışan sürücü bu dəfə də kamazın önünə keçərək əks yola çıxıb. Xoşbəxtlikdən o, avtomobilin idarəsini saxlamağı bacarıb.
Qeyd edək ki, hadisəyə təəccüblənən sosial media istifadəçiləri sürücünü şanslı insan adlanırıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR