Banner

Yüksək sürətlə keçidə yaxınlaşıb maşını güclə saxladı; piyada qaçaraq canını qurtardı - VİDEO

Hadisə 25 Aprel 2025 15:30 Oxunub 330
Yüksək sürətlə keçidə yaxınlaşıb maşını güclə saxladı; piyada qaçaraq canını qurtardı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonu, Neapol küçəsində qayda pozan sürücü piyadaya qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 24-də saat 07:55 radələrində qeydə alınıb. Kadrdan da görünür ki, 99-GG-877 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü piyadanı vurmaqdan son anda yayınıb. Belə ki, o, yolu keçən piyadalara əhəmiyyət vermədən yüksək sürətlə keçidə yaxınlaşıb. Bu vaxt keçiddən keçən gənc oğlan qaçaraq maşına dəyməkdən xilas olub. 

Qeyd edək ki, hər bir sürücü keçidə yaxınlaşan zaman sürət həddini aşağı salmalı və piyadaya yol verməlidir. Əks halda qəza qaçılmaz olacaq. Digər tərəfdən keçiddən keçən piyada yaxınlaşan nəqliyyat vasitələrinin dayandığna əmin olduqdan sonra yolu keçməlidir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh