Yüksək vəzifəli məmurlara qarşı sui-qəsd... - Kəşfiyyatdan sensasion detallar

İran xüsusi xidmət orqanları İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui-qəsd cəhdlərinin qarşısını alıb. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir. Bildirilib ki, aparılan əməliyyatlar zamanı müharibədən əvvəlki aylarda 35 dövlət məmurunun, o cümlədən hərbi rəhbərlərin aradan götürülməsini hədəfləyən daha 13 analoji sui-qəsd planı aşkar edilərək zərərsizləşdirilib. “Ölkənin cənub-şərq sərhədinə yaxın ərazilərdə yerləşdirilmiş və İran ərazisinə soxulmağa hazırlaşan 300 xarici terrorçunun yeri müəyyənləşdirilib, həmçinin onların sonrakı planlarının qarşısı alınıb”, – sənəddə deyilir. Agentliyin məlumatına görə, həmçinin Suriyada da İslam Respublikasına hücum etməyi planlaşdıran 150 nəfərlik radikal qrup aşkarlanıb. Bildirilir ki, “Mossad” iranlı müxaliflərin köməyi ilə İsrailin “Evin” həbsxanasına endirdiyi zərbədən sonra Tehranda kütləvi iğtişaşlar təşkil etməyi planlaşdırırmış.
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












