
Yüzlərlə adamın həlak olduğu qəzadan belə çıxıbmış - VİDEO
Hadisə
16 İyun 2025 18:25
Oxunub 212

Hindistanda ötən həftə baş verən təyyarə qəzasında sağ qalan yeganə şəxsin videosu ortaya çıxıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun təyyarədən çıxması görüntülərini “British Sun” yayımlayıb. Kadrlarda dağıntılar altından çıxan kişinin gəzdiyi və kiminləsə telefonla danışdığı görünür. Kişinin o cür dəhşətli qəzada belə salamat qalması sosial şəbəkələrdə müzakirələrə yol açıb. Qeyd edək ki, həmin qəzada Britaniya vətəndaşı Vişvas Kumar Rameşi istisna olmaqla təyyarədə olanların hamısı həlak olmuşdu.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR