Zabrat–Maştağa yolunda dərin çuxur sürücülərə ziyan vurur - ŞİKAYƏT - VİDEO

Hadisə 10 Fevral 2026 11:30
Zabrat–Maştağa yolunda dərin çuxur sürücülərə ziyan vurur - ŞİKAYƏT   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zabrat–Maştağa yolunun bir hissəsində asfalt örtüyünün yararsız vəziyyətdə olması sürücülər üçün ciddi problem yaradıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücülərdən biri sosial şəbəkədə paylaşım edib.

Kadrlardan görünür ki, yolun hərəkət hissəsində dərin çuxur yaranıb. Nəticədə həmin ərazidən keçən avtomobillər zədələnir və sürücülər maddi ziyanla üzləşirlər.

Videonu çəkən şəxs də yoldan keçərkən avtomobilinin çuxura düşdüyünü, nəticədə təkərin partladığını və diskin əyildiyini bildirib. Onun sözlərinə görə, təhlükənin qarşısını qismən almaq üçün çuxur imkan daxilində daşlarla doldurulub. 

Xüsusilə gecə saatlarında və əraziyə bələd olmayan sürücülər üçün bu hissə daha böyük risk yaradır.

Nərmin

 

Oxunub 440
ŞƏRH YAZ
Ad

E-mail

Şərh