Zaqatalada 44 yaşlı qadını qətlə yetirən qardaşı tutuldu - TƏFƏRRÜAT - YENİLƏNİB

Hadisə 28 May 2024 12:00 Oxunub 566
Zaqatalada 44 yaşlı qadını qətlə yetirən qardaşı tutuldu - TƏFƏRRÜAT - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada kişinin müəllimə işləyən bacısını öldürməsinin yeni detalları məlum olub.

Avtosfer.az xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.

Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır.

Qeyd edilib ki, N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

***

09:58

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimdə hələ ki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

***

09:00

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avtosfer.az xəbər ki, bu barədə Zaqatala rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

01:00


Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü Natavan Mövlud qızı Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh