Zaqatalada itlər kütləvi şəkildə güllələnib - VİDEO

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, itlərin tələf olması ilə bağlı yayılan görüntülər araşdırılır.
Sözügedən görüntünü təqdim edirik:
Zaqatala Rayon İcra Hakimiyyətinin "qaynar xətt"i ilə əlaqə saxladıqda bildirildi ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq:
"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".
Qeyd olunub ki, Zaqatala Rayon İcra Hakimiyyətində baytarlıq tədbirləri görülür:
"İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












