Banner

Zaqatalada maşın qadın piyadanı vurub öldürdü - YENİLƏNİB

Hadisə 31 İyul 2025 16:18 Oxunub 378
Zaqatalada maşın qadın piyadanı vurub öldürdü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yolu keçən piyada - Zaqatala rayonu, Muğanlı kənd sakini 1966-cı il təvəllüdlü Südabə Seyid qızı Mürsalıyevanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb.

Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində tədbirlər görülür.

***15:23

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muxax kəndi ərazisində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh