Zaqatalada Prokurorluğun qarşısından qızı zorla qaçırdılar - VİDEO

Zaqatalada adam oğurluğu baş verib.
Avtosfer.az xəbər verir ki, yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə avqustun 31-də səhər saat 5 radələrində Zaqatala Rayon Prokurorluğunun qarşısında qeydə alınıb.
"Hyundai i30" avtomobilində olan şəxslər qadını zorla maşına basaraq qaçırıblar. Qadın qışqıra-qışqıra maşının pəncərəsindən ayaqlarını çıxararaq özünü avtomobildən atmaq istəyib. Lakin buna nail ola bilməyib.
Hadisə baş verən zaman məsciddən çıxan yerli sakinlər qadını qaçıran avtomobili təqib etməyə başlayıblar. Qax rayonu istiqamətində hərəkət edən həmin avtomobil təqib edildiyinin fərqinə varıb və yüksək sürət yığaraq gözdən itib.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əldə olunan məlumata görə, artıq faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












