Zaqatalada sel bəndi yudu: TƏHLÜKƏ böyüdü - VİDEO
Hadisə
29 Sentyabr 2025 13:06
Oxunub 332

Zaqatala şəhərində son günlər yağan leysan yağışlar fəsadsız ötüşməyib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Son günlər davam edən güclü leysan yağışlar Tala çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə şəhərin Nizami küçəsindən sel keçib.
Çayın daşması ərazidəki bəndin yuyulmasına gətirib çıxarıb. Nəticədə Tala çayının sağ sahilində yerləşən evlər üçün təhlükə yaranıb.
Sözügedən görüntüləri təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














