
Zaqatalada yeniyetmə bıçaqlandı - YENİLƏNİB

Zaqatalada bıçaqlanan yeniyetmənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
"Aprelin 2-si, saat 21:45-də bir nəfər (kişi cinsli) Zaqatala rayon Əliabad qəsəbə sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda müayinələri davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.(oxu.az)
***10:48
Zaqatalada mübahisə qanla bitib.
Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində qəsəbə sakini 2008-ci il təvəllüdlü N.H xuliqanlıq zəminində həmkəndlisi 2009-cu il təvəllüdlü K.Q-nin döş nahiyəsinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş K.Q- nin vəziyyəti qənaətbəxşdir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.