Zərdabda boğularaq ölən məmur oğlu ilə bağlı yeni DETAL - YENİLƏNİB

Hadisə 29 Oktyabr 2024 13:06
Zərdabda boğularaq ölən məmur oğlu ilə bağlı yeni DETAL  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zərdabda Yuxarı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü Murad Cümşüdlü suya yıxılaraq ölüb.

Məlumata görə, M.Cümşüdlünün epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.

***

Zərdabda balıq tutarkən həlak olan Murad Çümşüdlü məmur övladı imiş.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Rayon Qaz İdarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

***
Zərdabda kanaldan balıq tutan şəxs boğularaq ölüb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəyimli qəsəbəsində baş verib.

Belə ki, Murad Cümşüdlü qəsəbə ərazisindən keçən şor kanalda balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 924
ŞƏRH YAZ
Ad

E-mail

Şərh