Zibil maşınının altında qalan qadın facivi şəkildə həyatını itirdi - VİDEO

Türkiyənin şəhəri Sinopda sürücüsünün zibil toplama əməliyyatından sonra manevr etməsi nəticəsində bələdiyyəyə məxsus yük maşınının vurduğu 66 yaşlı Fikriyə Özdemir faciəvi şəkildə dünyasını dəyişib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Sinop Bələdiyyəsinə məxsus 57 KE 273 nömrə nişanlı zibil maşınını idarə edən Ekrem D., zibil topladıqdan sonra geri manevr edib və həmin vaxt maşının önündən keçmək istəyən Fikriyə Özdemiri vurub.
Maşın qadının üzərindən keçib. Ətrafdakıların məlumatı əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Sağlamlıq işçilərinin yoxlaması nəticəsində Fikriyə Özdemirin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Bundan başqa, qəzaya aid görüntülər yaxınlıqdakı təhlükəsizlik kamerasına yansıyıb. Kadrlarda yük maşınının qadına çırpılıb üzərindən keçdiyi anlar açıq şəkildə görünür. Hadisə ilə bağlı araşdırma başlanılıb./Sonxeber
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










