11 növ xərçəng riskini azaldan VİTAMİN

Alimlər 11 növ xərçəng riskini azaldan vitaminin adını açıqlayıblar.
Bu barədə araşdırma “Frontiers in Nutritio” jurnalında dərc olunub.
Məqalədə bildirilir ki, C vitaminin qəbulu müxtəlif xərçəng növlərinin inkişaf riskini azaldır.
Bununla bağlı 3562 elmi işi təhlil edilib. Nəticədə qeyd olunan vitaminin 11 növ xərçəng xəstəliyi riskini azaldığı məlum olub.
Mütəxəssislərin fikrincə, C vitamini qəbulu sidik kisəsi xərçəngi, döş xərçəngi, uşaqlıq boynu şişləri, endometrium, özofagus, mədə, glioma, ağciyər, mədəaltı vəzi, prostat və böyrək hüceyrəsi xərçəngi kimi xəstəliklərin qarşısını ala bilmə potensialına sahibdir.
Həmçinin, həkimlər gündəlik olaraq ən azı 200 mq askorbin turşusu qəbul etməyi tövsiyə ediblər.
Eyni zamanda, meyvə-tərəvəzin C vitamininin əsas mənbəyi olduğunu və digər faydalı maddələrin də onlarla birlikdə insan orqanizmə daxil olacağı vurğulanıb. Beləliklə, onların hamısı askorbin turşusu ilə birlikdə antitümör effekti verə bilər.
Qeyd edək ki, C vitamini tərkibli bir çox qidalar var. Məsələn, qara qarağat, pomidor, kivi, portağal, çiyələk, limon, ananas, manqo, noxud, qırmızı bibər, brokoli, cəfəri, gül kələmi, yaşıl bolqar bibəri və s. (lent.az)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










