194 il əvvəl baş vermiş partlayışın sirri tapıldı – TƏƏCCÜBLÜ FAKTLAR

Alimlər 1831-ci ildə baş vermiş və Yerin iqlimini müvəqqəti olaraq soyudan nəhəng vulkan püskürməsinin mənbəyini müəyyən ediblər. Kiçik Buz Dövrünün sonunda baş verən bu hadisə Şimal yarımkürəsinin illik temperaturunu təxminən 1 dərəcə aşağı salmış və qlobal iqlimə əhəmiyyətli təsir göstərmişdir.
Avtosfer.az xəbər verir ki, bu partlayışın mənbəyi uzun illər bilinmirdi. Lakin son araşdırmalar Qrenlandiyadan götürülmüş buz nüvələrində kükürd izotoplarını, kül dənələrini və kiçik vulkanik şüşə parçalarını təhlil edərək mühüm dəliləri ortaya çıxarıb.
Tədqiqatçılar bu məlumatlardan istifadə edərək vulkan hissəciklərinin trayektoriyasını hesablayıblar və püskürmənin Sakit okeanın şimal-qərbində Kuril adalarında yerləşən “Zavaritskii” vulkanında baş verdiyini aşkar ediblər.
19-cu əsrdə “Zavaritskii” vulkanının fəaliyyəti haqqında heç bir qeyd yox idi. Bunun əsas səbəblərindən biri vulkanın Yaponiya ilə Rusiya arasında mübahisəli ərazidə yerləşməsi və onun ətrafında yaşayış məntəqəsinin olmaması idi. Tarixi məlumatlar ancaq bölgədən keçən gəmilərin saxladığı məhdud gündəliklər vasitəsilə əldə edilmişdir. Partlayış zamanı atmosferə buraxılan intensiv kükürd dioksidi Yerin stratosferinə çataraq Şimal yarımkürəsində temperaturun aşağı düşməsinə səbəb olub.
Bu, 19-cu əsrin ən güclü vulkanik hadisələrindən biri hesab olunur. Hadisənin “Kiçik Buz Dövrünün” təsirlərinin hələ də davam etdiyi bir dövrdə baş verməsi onun iqlimə təsirini artırıb.
.
Yeni tapıntılar göstərir ki, “Zavaritskii” 1831-ci ildə böyük bir püskürmə yaşamışdır. Halbuki, bu araşdırmadan əvvəl elm dünyası vulkanın son püskürməsinin eramızdan əvvəl baş verdiyini müəyyən etmişdi. O, bunun eramızdan əvvəl 800-cü ildə baş verdiyini düşünürdü. Bu vəziyyət bir daha vulkanların tarixi fəaliyyətləri haqqında məlumatsızlığı ortaya çıxarıb.
“Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc edilən araşdırma bu nəhəng vulkan püskürməsinin mənbəyini izah etməklə yanaşı, dünyanın ucqar hissələrində yerləşən vulkanların potensial təsirlərinin öyrənilməsinin vacibliyini də vurğulayıb.
Eltac Zülfüqaroğlu
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?










