1955-ci ildə virtual sürücülük təlimi - VİDEO

Son illərdə bir çox ölkədə sürücülük təlimi üçün simulyatorlardan və müxtəlif kompüter proqramlarından istifadə edilir. Lakin bu, heç də yeni deyilmiş.
Avtosfer.az xəbər verir ki, bu metodlar hələ ötən əsrin 50-ci illərində Britaniyada istifadə edilirmiş. 1955-ci ildə çəkilmiş videoda müdavim ilkin sürücülük vərdişləri öyrənir.
Növbəti mərhələdə müdavim xüsusi meydançada təlim keçir və yalnız bundan sonra şəhərdə təlimçinin müşayiəti ilə maşın sürür. Bəs həmin dövrdə bizdə vəziyyət necə idi?
Həmin dövrdə və ondan sonra bütün SSRİ-də olduğu kimi sovet Azərbaycanında da avtomobil məktəblərində müdavimlərin işi əsasən texniki göstəriciləri əzbərləməkdən ibarət idi: daxiliyanma mühərrikinin neçə taktı var, porşen hansı materialdan hazırlanır, “Pobeda”nın ötürmə ədədi neçədir və sair kimi praktikada lazım olmayan mövzular. Təbii ki, burada ovaxtkı azərbaycanlı təlimçiləri qınamaq olmaz. Çünki mövzular Moskvada təsdiqlənirdi.
SSRİ-nin süqutu ilə bu təlim sistemi də dəyişdi.
Vüqar
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları










